Bakıda 2 qadın intihar edib.
Lent.az-ın məlumatına görə, Nərimanov rayonu M.Nağıyev küçəsində yaşayan 1968-ci il təvəllüdlü Ağayeva Səidə Müzəffər qızı özünü 9-cu mərtəbədən ataraq intihar edib.
Oxşar hadisə Yasamalda da baş verib. Hüseyn Cavid prospekti 575-ci məhəllədə yaşayan 1949-cu il təvəllüdlü, Rusiya vətəndaşı Muradova Nina Aleksandrovna özünü 5-ci mərtəbədən atıb. O, hadisə yerindəcə keçinib.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.