Aleksandr Kudaşeff, baş redaktor
Deutsche Welle (Almaniya), 02.06.2016
Bundestaq ermənilərin Osmanlı imperiyasında öldürüldüyünü qəbul etdi. Lakin hesab edirik ki, bu cür qətnamənin qəbulu səhvdir. Əlbəttə, bundestaqın Osmanlı imperiyasında erməni soyqırımını genosid adlandırması və bunu gurultulu sözlərlə möhkəmləndirməyi xüsusunda heç bir etiraz yoxdur. Məsələ yalnız bundadır ki, bunu niyə edir? Alman təkəbbüründən savayı buna bir səbəb varmı? Əslində, heç bir gerçək səbəb yoxdur.
Soyqırımı soyqırım kimi anlamaq, dərk etmək, tarixdə yerini tapmaq türklərin vəzifəsidir. Öz tarixlərinin, öz keçmişlərinin üzünə onlar baxmalıdırlar. Lakin bu, dəqiq şəkildə partiya təmsilçiləri vasitəsilə bütün almanların adından danışan Almaniya bundestaqının vəzifəsi deyil. Bu, təkcə yekəxanalıq deyil, həm də saymazlıqdır. Bu, başqa ölkənin daxili işlərinə müdaxilədir, bu, aşkarca həddi aşmaqdır.
Əxlaq bizi nə vaxt qane edir, nə vaxt qane etmir?
Həm də lütfən qeyd edin: söhbət əxlaqdan deyil, alman təsəvvüründən gedir. Almanların öz keçmişlərinin üzünə necə baxması – “üçüncü reyx”ə, II dünya savaşına və xüsusən də avropalı yəhudilərin kütləvi qətlinə – həqiqətən də, çoxları tərəfindən nümunə kimi qəbul edilə bilər. Lakin bu, birinci növbədə, almanların daxili işidir – bu sivil iflası dərk etmək, miras, alman keçmişinin günahı kimi onu tam şəkildə qəbul etməkdir.
Türklərin də buna can atmalı olduğunu güman ediriksə, onda bu çağırışlar alman tarixçilərinin, politoloqlarının, ekspertlərin ağzından səslənməlidir. Lakin, bax, Almaniya bundestaqı bunun üçün münasib yer deyil. Yoxsa stalinizm, maoizm, qırmızı khmerlər və Vyetnamda müharibəni də insanlığa qarşı cinayət qismində tezliklə ittiham etməyi planlaşdırırıq?
Əxlaq bizi nə vaxt qane edir, nə vaxt yox? Və başlıcası: bundan nə çıxır? Ölkələr və xalqlar öz keçmişlərini tanlımayınca onlarla münasibətləri kəsmək? Xeyr. Almaniya bundestaqının qətnaməsi eynilə bir neçə il öncə Fransa Milli Məclsinin qəbul eydiyi qətnamə kimi bir jestdir. Lakin bu jest təkəbbürlü, saymazyana addımdır və ən pisi – heç bir nəticəsi olmayacaq.
Diplomatiya yükəsk əxlaqlı şəxslərin konkursu deyil. Diplomatiya səmərəlilik prinsipinə söykənən və dövlətlərin qarşılıqlı fəaliyyətində bu səmərəliliyi təsdiqləyən sənətdir. Nə az, nə də çox.
Tərcümə Strateq.az-ındır.