Səudiyyə şeyxindən fətva:“Wi-Fi oğurluğu günah və haramdır”

0
4

Səudiyyə Ərəbistanında Wi-Fi oğurluğu haram elan edilib.

Səudiyyə ruhaniləri bununla bağlı fətva veriblər. Fətvada deyilir ki, başqa bir adamın  Wi-Fi-ından icazəsiz istifadə etməsi günahdır. Bu barədə “The Independent” qəzeti məlumat yayıb. Fətvanı Səudiyyə Ərəbistanı dini hüquq və elmi təhqiqatlar üzrə Ali Komitəsinin üzvü Əli əl-Həkəmi tərəfindən verilib: “Wi-Fi-dan qeyri-qanuni, yaxud onun sahibindən icazəsiz istifadə etmək olmaz. Bunun üçün hökmən xidməti təklif edən, yaxud həmin xidmətdən istifadə edənlə məsləhətləşmək lazımdır”.

Bununla yaanşı fətvada deyilir ki, parklarda, ticarət mərkəzlərində, otellərdə, kafelərdə və hökumət idarələrində ümumi istifadə üçün olan internetdən istifadə etmək günah deyil.