Bəzi marketlər «Səba» toyuqlarını satmaqdan imtina edib

0
4
Son günlər bəzi iri ticarət şəbəkələri və marketlər “Səba” şirkətinin istehsal etdiyi toyuq məhsullarını satmaqdan imtina ediblər. Fins.az-a daxil olan məlumata görə,
«Neptun» və «Araz» marketlər istisna olmaqla bütün digər ticarət obyektləri həmin məhsulları piştaxtalardan yığışdırıblar.
Bura «Bazarstore», «Bizim market», «Fresko» və digər satış şəbəkələri aiddir. Fins.az-a daxil olan məlumata görə, bu addımın səbəbi «Səba» şirkətinin toyuq məhsullarının kənd təsərrüfatı məhsulu kimi ƏDV-dən azad edilməsidir. Bu məhsula görə, ƏDV-ni «Səba» ödəmədiyinə görə, həmin vergi satış şəbəkəsinin üzərinə düşür. Nəticədə ticarət şəbəkələri «Səba» toyuqlarını ƏDV ödəməklə satmağı özlərinə sərfəli saymadıqlarına görə, onların satışından imtina ediblər. Şirkətlər bildirir ki, bu məhsulun üzərinə ƏDV əlavə edilsə, «Səba» toyuqlarının qiymətləri digər analoqlarından daha bahalı olacaq, ona görə də, bu məhsulların satışından imtina edilib.
Məsələyə münasibətbildirən «Bazarstor» ticarət şəbəkəsininmətbuatxidmətininrəhbəriGünayNovruzqızı bildiribki, «Səba»nıntoyuqməhsullarındanimtinanınsəbəbibuməhsullarınınsatışınınsərfəliolmamasıdır. «Bzim market» və «Fresko» şəbəkələrində isə bu məsələyə münasibət bildirməkdən imtina ediblər.
Məsələ ilə bağlı fins.az-ın sorğusuna cavab olaraq «Səba» şirkətindən vəziyyəti təsdiqləyiblər. Şirkətdən bildirilib ki, «Səba» toyuq məhsulları kənd təsərrüfatı məhsulları məhsulu olaraq ƏDV ödənilməsindən azaddır. Amma şirkət bir neçə ticarət şəbəkəsinin onun məhsullarını satmamasından naharat olmadığını bildirib. Verilən məlumata görə, hazırda «Səba» bazarda kifayət qədər təmsil olunub: «Bakı və Sumqayıt üzrə 2000-dən artıq marketdə məhsullarımız satılır. 50-dən artıq Səba Ət-Süd Dükanı mövcuddur və bu şəbəkəmiz genişlənməkdə davam edir. Bundan başqa, şirkətin yeni kampaniyasına uybun olaraq onun məhsullarını istənilən məhəllə mağazalarandan da almaq olar»-deyə açıqlamada bildirilir.
Maraqlıdır ki, ticarət şəbəkələrindən belə münasibət görən «Səba» onların özünəməxsus üsullarla cəzalandırmağı qərara alıb. Belə ki, «Səba», onun toyuq məhsullarından imtina edən şəbəkələrdən özünün digər məhsullarını da yığışdırıb. Xatırladaq ki, «Səba»nın toyuq məhsullarından əlavə 10-a yaxın süd məhsulu da var. Bura süd, qatıq, xama, pendir, kəsmik, yağ ayran və s. aiddir. Nəticədə adı «Səba» toyuqlarını satmaqdan imtina edən şəbəkələr bu mühsulları da satmaqdan məhrum olublar.