Futbol üzrə Avropa Çempionatının keçiriləcəyi müddətdə Almaniya Fransa, Belçika, Lüksenburq və Hollandiya ilə sərhədlərində nəzarəti gücləndirəcək.
Strateq.az xəbər verir ki, hüquq-mühafizə orqanları nəqliyyat vasitələri və sürücülərin sənədləri ilə bağlı yoxlamaları sərtləşdirəcək.
Bu tədbirlər çempionat zamanı mümkün teraktların qarşısını almağa hesablanıb. Almaniya polisi Axen şəhərində müvəqqəti nəzarət məntəqələri qurmağı da planlaşdırır.
Avropa Çempionatı bu il iyunun 10-dan iyulun 10-dək keçiriləcək.
Bir neçə gün əvvəl Almaniya xüsusi xidmət orqanlarının “şefi” Hans-Georq Masen də bildirmişdi ki, terrorçular «Avro-2016»nı hədəfə alıblar. Masen əsas təhlükənin İŞİD, «Əl-Qaidə» və «Ən-Nüsra Cəbhəsi»ndən gələ biləcəyini deyib.
Fransa xüsusi xidmət orqanları da hesab edir ki, İŞİD məlum çempionat zamanı terror aktları həyata keçirə bilər.