Bu gün Rusiyanın Kemerovo vilayətinin Mejdureçensk şəhərində yaşayış binalarından birində bloklardan biri uçub.
Rəsmi olaraq hələlik 1 nəfərin öldüyü, daha iki nəfərin yaralandığı bildirilir.
“Komsomolskaya pravda” nəşri yazır ki, uçqunun mümkün səbəbi binanın 1-ci mərtəbəsində yerləşən kommersiya obyektlərində aparılmış yenidənqurma işləri zamanı texniki təhlükəsizlik qaydalarının pozulmasıdır.