Məmmədyarovla Nalbandyanın görüşü ləğv olundu

0
3

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla erməni həmkarı Edvard Nalbandyanın iyunda gözlənilən görüşü baş tutmayacaq.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ləğv olunub. Balayan iyunun 2-də Nalbəndyanın Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşməyi planlaşdırdığını qeyd edib.

Görüşün niyə ləğv olduğunun səbəbi isə hələlik açıqlanmayıb.