“Buna hər iki dövlətin böyük ehtiyacı var” –Rəsmi Ankaradan Putinin barışıq təklifinə reaksiyalar

0
3

Bir neçə gün öncə Rusiya prezidenti PutininTürkiyə ilə gərgin olan münasibətləri bərpa etmək istədiklərinə dair açıqlamaya Türkiyədən cavab verilib.

Strateq.az xəbər verir ki, bu gün prezident Ərdoğan “Biz Rusiya ilə münasibətləri düzəltməyə hazırıq, buna hər iki dövlətin böyük ehtiyacı var”, – deyə, cavab verib.

Baş nazirin köməkçisi Numan Kurtulmuş da Putinin çağırışına müsbət reaksiya verib: “Hazırkı vəziyyət hər iki ölkənin maraqlarına uyğun deyil. Suriya savaşı ilə bağlı yaranan anlaşılmazlıqdan sonra baş verənlər bizi qane etmir. Biz Rusiya ilə ilişkilərimizi əvvəlkitək ən yüksək səviyyəyə çatdırmaqda istəkliyik”.

Bu arada Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu da Putinin açıqlamasına cavab olaraq barışıq təşəbbüsünü alqışladıqlarını və buna hazır olduqlarını təsdiqləmək üçün İşçi Qrupu da yaratmağa hazır olduqlarını bəyan edib: “Biz də öz növbəmizdə barışığa hazır olduğumuzu və buna hər iki ölkənin ehtiyacı olduğunu bildiririk. Eyni zamanda, hər iki ölkənin gələcək planlarını müzakirə etmək üçün işçi qrupu da yaratmaq fikrindəyik”.

Xatırladaq ki, Putinin köməkçisi Dmitri Peskov isə İşçi Qrupuna ehtiyac olmadığını, sadəcə Türkiyənin vurduğu təyyarəyə görə üzr istəməsini gözlədiklərini bəyan edib. Peskovun sözlərindən belə anlaşılıb ki, üzr istəməklə münasibətlər sürətlə qaydaya düşəcək.