“Azərbaycan haqlı mövqedədir, ona görə haqqı var ki, hücum etsin”

0
3

“Dünya azərbaycanlıları Azərbaycan xalqının ayrılmaz tərkib hissəsidir. Onlar bizim soydaşlarımızdır. Düzdür, başqa ölkələrin vətəndaşlarıdır, o ölkələrin sosial, iqtisadi həyatında bəlli rolu olan insanlardır. Onlarla bağlı arzumuz ondan ibarətdir ki, yaşadıqları ölkələrin ən dəyərli vətəndaşları olsunlar. Azərbaycanlı olaraq, Azərbaycanla yaşadıqları ölkələr arasındakı münasibətlərə pozitv təsir göstərsinlər, müsbət impuls versinlər”.

Bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AzTV-də “Həftə” verilişinə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan dövləti həmin insanlara resurs kimi yanaşır: “Dünya azərbaycanlıları yaşadıqları ölkənin cəmiyyətlərində tanınsınlar, sayılıb-seçilsinlər. Biz onlara Azərbaycanın xarici siyasətinin resursları kimi baxırıq. İnsana resurs kimi baxılması müasir dünyanın reallıqlarından biridir. O insanlardan istifadə edərək, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdıra bilərik. Onlar bir olmalıdır, bir-birlərinin sosial hüquqlarına dayaq durmalıdırlar”.

Ə.Həsənov prezident İlham Əliyevin “Azərbaycan diasporu müdafiə taktikasından hücum taktikasına keçməlidir” fikrinə toxunaraq qeyd edib ki, Azərbaycan haqlı olaraq hücum taktikasından istifadə edir: “Heç vaxt haqsız olduğumuz yerdə hücum taktikasından istifadə etməmişik. Günahımız olanda da qəbul etməyi bacarırıq. Bu gün Azərbaycan haqlı mövqedədir. Ona görə də haqqı var ki, hücum etsin və anti-Azərbaycan dairələri yerində oturtsun”.

Report.