Ərdoğan Rusiyanı kürd terrorçularını silahlandırmaqda suçladı

0
3

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiya terrorçu Kürd Fəhlə Partiyasını (PKK) silahlandırır.

“Hazirda terrorçuların (PKK) əlində Rusiyanın verdiyi zenit qurğuları və raketlər var. Separatçılar bununla təchiz ediliblər. Bu silah terror təşkilatına Suriya və İraq vasitəsilə çatdırılır”. Bunu Ərdoğan jurnalistlərə Diyarbakır şəhərinə təyyarə ilə uçarkən deyib.