Bu şəxslər 7 il gəlir və ya mənfəət vergisindən azad olunur

0
3

Qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən investisiya təşviqi sənədi alan fəaliyyət sahələrinə yeni vergi güzəştləri nəzərdə tutulub.

Vergiler.az saytı bildirir ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə görə, investisiya təşviqi sənədi əldə edən şəxslərin mənfəətinin 50 faizi 7 il müddətinə gəlir və ya mənfəət vergisindən azad olunur.

Həmçinin sənədi almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalının 7 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulub.

Bundan başqa, hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq əmlaka görə 7 il müddətinə əmlak vergisi, mülkiyyətlərində olan torpaq sahələrinə görə isə torpaq vergisi ödəməkdən azad ediliblər.