Rusiya nəşri:Azərbaycan ordusu İrəvanı hədəfə götürür…

0
1

Anton Mardasov

svpressa.ru, 25.05.2016
Azərbaycan müdafiə nazirliyi 500 km-ədək atəş məsafəli  operativ-taktiki raket komplekslərinin (OTRK) əldə edilməsi üzərində işləyir. Bu haqda bu günlərdə Azərbaycan raket qoşunları və artilleriyasının komandanı general-mayor Zahid Hüseynov bəyan edib.

Onun sözlərinə görə, “Azərbaycan etibarlı müdafiə üçün 200, 300 və 500 km hərəkət radiuslu əməliyyat-taktiki raketlər əldə etməlidir”. Hüseynov bildirib ki,“bu gün Azərbaycanda olan atəş sistemləri düşmənin istənilən hərbi obyektinə zərbə endirmək imkanı verir”.

O, əlavə edib: – Düşmənin istənilən obyektinə dəqiq zərbə endirə bilərik. Ali baş komandan əmr etsə, İrəvana da zərbə endirməyi bacararıq.

Qeyd edək ki, rəsmi məlumatlara görə, Azərbaycan quru qoşunlarının silahlanmasında 70 km-lik hədəfi vurmağa imkan verən “Nöqtə” taktiki raketləri var. Lakin bu raketlər nisbətən yüksəkdəqiqliksiz sistemlərdir, çünki idarə olunmur və ətalətli tuşlama sistemi var. Həmçinin məlumat var ki, Azərbaycan İsrailin yüksəkdəqiqlikli və Azərbaycan ordusunun modul RSZO Lynx-dan buraxılan IMI EXTRA taktiki raketlərini alıb. Lakin onun maksimal mənzili 150 km-dir. Lakin Bakı uzaqmənzilli atəş OTRK əldə etsə, qüvvələr balansı necə dəyişiləcək? Və bu zaman Ermənistan vıə KTMT üzrə müttəfiqi Rusiya nə etməlidir?

Azərbaycanın raket cəbbəxanası ilə bağlı xeyli qeyri-müəyyənlik var. – Strateji mühit mərkəzinin direktoru İvan Konovalov qeyd edir. – Onun silahlı qüvvələrində rəsmən 12 BQ TR “Nöqtə” var, lakin təkcə İsraildən HHM vasitələri deyil, həm də EXTRA raketi (130-150km), həmçinin Pakistan istehsallı, orta radiusda təsiri olan ballistik “Hatf-4” alışı haqda məlumatlar var…

Bu, başqa məsələdir ki, OTRK-i dərinlikdəki vəzifələri həll etmək, yəni arxa cəbhədəki obyektlərə, o cümlədən dinc əhaliyə hücum üçün ordu əməliyyatları keçirilməsi zamanı istifadə edilir.

RF Hərbi-sənaye komissiyasının Ekspertlər şurasının üzvü, “Арсенал Отечества” dərgisinin baş redaktoru Viktor Muraxovski hesab edir ki, Azərbayacan nisbətən uzuc qiymətə Şimali Koreyadan OTRK ala bilər.

KXDR onu Yəmənə, İrana, Səudiyyə Ərəbistanına da satıb. Respublika köhnəlmiş texnologiyalara əsaslanan köhnə komplekslərin alverini etsə də, R-17 raketləri tamamilə iş qabiliyyətlidir və bir neçə yüz kilometr uçur. Misal – üsyançıların Yəməndə fəaliyyətidir. Azərbaycan KXDR-dən OTRK alsa, birinci və axırıncı müştəri olmayacaq. Lakin bu cür alver bölgədə durumu kökündən dəyişməyəcək. Tərəflərin güclü aviasiya qüvvəsi olsaydı, o zaman komplekslərdən aerodromlara zərbə endirmək üçün yararlanmaq olardı. Müharibənin nəticələrinə böhranlı təsir edən bu cür obyektlər isə, əslində, yoxdur. Lakin bununla belə, durumun mənfi inkişafı halında Azərbaycan arxa cəbhə obyektlərinə zərbə üçün komplekslərdən istifadə edə bilər – xüsusən də ABŞ tərəfdən siqnal və Türkiyənin birbaşa dəstəyi olsa.

RF Müdafiə nazirliyi beynəlxlaq hərbi əməkdaşlıq Baş idarəsinin keçmiş rəisi,general-polkovnik Leonid İvaşov qeyd edir:

-Azərbaycan nüvəsiz variantda Çindən də, Pakistandan da, NATO ölkələrindən də, məsələn, Türkiyədən sakitcə OTR ala bilər. Lakin yenə də raketləri işlətmək asan olmayacaq. Çünki Rusiya bu cür durumda öz müttəfiqini müdafiə etməli olacaq. Axı bu cür silah münaqişəni böyük müharibə səviyyəsinə keçirdir. Buna görə də Azərbaycan OTRK əldə etsə, ya Ermənistana “İskəndər-M”-ədək raket silahı tədarük edilməlidir, ya da zərbə aviasiyasını böyütmək, həmçinin Gümridəki 102 saylı Rusiya bazasını gücləndirmək lazımdır. Rusiya hər şeyi etməlidir ki, Qarabağda silahlı münaqişə təzələnməsin, bunun üçün isə qüvvələr tarazlığını saxlamaq lazımdır.

Siyasi və hərbi təhlil İnstitutunun direktor müavini Aleksandr Xramçixin də hesab edir ki, Azərbaycan OTRK-i, ən azı, dörd potensial satıcıdan – Pakistan, Çin, Türkiyə və İsraildən tamamilə maneəsiz şəkildə ala bilər: – Bu, Ermənistana problem yaratmaya bilməz, çünki artıq onun arxa cəbhə obyektlərinə, o cümlədən şəhər və müəssisələrə atəş açıla bilər. Bu halda Ermənistan qüvvə tarazlığı üçün Rusiyadan ona, ən azı, “İskəndər-M” OTRK tədarükü tələb etməyə başlayacaq ki, bu haqda artıq çoxdan söhbət gedir. Ermənistanın sərəncamında olan S-300 RS ballistik raketləri vura bilər, lakin məsələ bundadır ki, Azərbaycan məhz hansı OTRK-i əldə edəcək. Mən əminəm ki, Qarabağ uğrunda böyük müharibə qaçılmazdır, əks halda bu məsələ heç cür həll edilə bnilməz. Böyük müharibə çərçivəsində isə raketlər səmərəlidir.

Hərbi ekspert, ehtiyatdakı polkovnik Mixail Xodarenok deyir ki, Azərbaycan nəzəri olaraq 500 km-dən də çox atəş mənzilli OTRK əldə edə bilər.

-500 km – orta və uzaqmənzilli raketlərin ləğvi haqda Müqavilə üzrə yalnız Rusiyanın üzərinə qoyulmuş məhdudiyyətdir. Azərbaycan və potensial silah satıcısı ölkələr isə heç bir sazişlə sıxışdırılmayıb. Bu mənada azərbaycanlılar iki min kilometrlik uzaqmənzilli OTRK-i İrandan da ala bilərlər. Başqa məsələdir ki, qəlpə-fuqaslı zərbələr yalnız stasionar obyektlərə – aerodromlara, komanda məntəqələrinə, rabitə qovşaqlarına, böyük anbarlara və s.-ə yüksək dəqiqliklə endirildikdə effektli olur. Bu isə o deməkdir ki, bu cür silah əldə edərkən zərbə obyektini dəqiq təyin etmək üçün uyğun kəşfiyyat vasitələri almaq lazımdır.

OTRK alışı ucuz iş deyil, onda, çox güman ki, Azərbaycan yalnız bir raket briqadası ilə kifayətlənəcək, bu isə 12-18 BQ-dir (BQ-buraxılış qurğusu-tərc.). Böyük hesabla, bu cür zərbələrin güclü siyasi-mənəvi önəmi var, lakin hərbi baxımdan məhdud saylı raketlər çətin ki hərbi əməliyyatlarda dönüş yaratsın.

Ermənistana tərəfində 250-300 km-lik atəş məsafəli OTR-17 (“Skad”) var. Aydındır ki, Azərbaycan xeyli uzaq atəş məsafəli sistemlər əldə etməkdə maraqlıdır. Yəqin ki, hansısa məsləhətləşmə və danışıqlar artıq aparılır, lakin güman etmirəm ki, bunlar bizə məlum olar. Çünki bu, son anadək hərbi və dövlət sirrinin predmeti olur. Lakin Azərbaycanda bu tip silah əldə etmək cəhdləri var və çox güman ki, gerçəkləşəcək.

 

Tərcümə Strateq.az-ındır.