Bunlar süd vəzi xərçənginin riskini artırır…

0
3

Bütün dünyada qadınlar arasında süd vəzi xərçəngi ən yayılmış xərçəng forması sayılır.

Son zamanlar bu xəstəliyin daha da artması müşahidə olunur. Həmçinin süd vəzi xərçəngi xeyli “cavanlaşıb” və hal hazırda gənc qadınlarda da aşkar olunur.

Hər bir qadın bilməlidir ki, bəzi amillər bu xəstəliyinin riskini artırır.

Bu amillər arasında:

– İrsi faktor. Yaxın qohumları arasında (ana, bacı) süd vəzi xərçənginin olması çox ciddi risk faktoru sayılır.

– Menstruasiyaların 11 yaşında və bundan tez başlanması.

– Abortlar. Xüsusilə erkən abortlar (18 yaşına qədər) süd vəzi xərçənginin riskini artırır.

– 1 hamiləlik və ya hamiləliyin olmaması. Qadın nə qədər çox uşaq dünyaya gətirirsə, süd vəzi xərçənginin riski də bir o qədər azalır.

– Əmizdirmənin olmaması və ya əmizdirmənin tez başa çatması. Əmizdirmə tək uşağın sağlamlığı deyil, ananın sağlamlığı üçün də çox vacibdir. Əmizdirməyən və ya 6 aydan az əmizdirən qadınlarda süd vəzi xərçənginin riski uzun müddət ərzində əmizdirən analarla müqayisədə daha çoxdur.

– Gecikmiş menopauza. Menopauzanın (klimaks) 50 yaşdan sonra başlanması.

– Gecikmiş doğuş. 30 yaşından sonra ilk uşağı dünyaya gətirən qadınlarda süd vəzi xərçənginin riski artır.

– Siqaret çəkmək. Araşdırmalar göstərir ki, siqaret çəkən qadınlarda süd vəzi xərçəngi daha tez-tez inkişaf edir.

– Piylənmə.

– Qalxanvari vəzi xəstəlikləri.

– Mastit, süd vəzi travmaları.

– Radiasiyanın təsiri. (Burada günəş şüalanmasının həddindən artıq təsiri də nəzərdə tutulur.)

– Mastopatiyanın bəzi formaları. Bu səbəbdən mastopatiyası olan qadın daim mammoloqun nəzarəti altında olmalıdır.

Sizdə bu risk faktorları varsa, süd vəzilərin vəziyyətinə daim nəzarət edin, mammoloqun profilaktik müayinələrindən keçin.