Bakıda avtobuslar üçün xüsusi zolaqlar yaradılacaq

0
5

Paytaxtda avtobuslar üçün ayrıca zolaqlar yaradılacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

O bildirib ki, paytaxtda müntəzəm sərnişindaşımanı həyata keçirən avtobuslar üçün ayrıca zolaqların yaradılması yollarda avtomobillərin hərəkətini xeyli yüngülləşdirəcək.

Bununla bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən avtobusların Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsindən prospektin ikinci yoluna daxil olmasını tənzimləyəcək layihə üzrə görülən işlər yekunlaşmaq üzrədir. Bu işlər avtonəqliyyat vasitələrinin hərəkətini tənzimləmək və tıxacların aradan qaldırılmasını təmin etmək üçündür.

“Artıq mövcud 5 dayanacağın yeri alternativ köməkçi yola dəyişdirilib. Azadlıq prospektinə günün pik saatlarında 2000-ə yaxın avtonəqliyyat vasitəsi daxil olurdu ki, onlardan 70-i avtobuslar idi. Əlavə olaraq bildirək ki, Azadlıq prospektindən S.S.Axundov küçəsinə qədər 7 marşrut xətti üzrə 146 avtobus hərəkət edir”, – deyə N.Allahyarova vurğulayıb.