ABŞ-da iki hərbi təyyarə toqquşdu

0
1

ABŞ-ın iki hərbi təyyarəsi Şimalı Karolina ştatının sahillərində qəzaya uğrayıb.

TASS xəbər verir ki, Sahil mühafizə xidmətinin əməkdaşları hazırda qəza yerində axtarışlar aparırlar.

Məlumata əsasən, sahildən 40 km aralıda, Atlantik okeanı üzərində təlim uçuşu zamanı “McDonnell Douglas F / A-18” tipli iki döyüş təyyarəsi toqquşaraq suya düşüb.

Qeyd olunur ki, qəza nəticəsində ölən olmayıb. Hər iki təyyarənin xəsarət alan 4 nəfər ekipaj üzvü xilas olunaraq xəstəxanaya aparılıb.

Qəzanın səbəbləri və təfərrüatları açıqlanmır.