Stratfor-dan qalmaqallı iddia:ABŞ-la Rusiya müharibəyə hazırlaşır

0
1

Ömər Lamran, aparıcı analitik

Stratfor (ABŞ), 26.05.2016

 

-Bəzi münaqişələrini həll etməkdə səmimi istəklərə baxmayaraq, Birləşmiş Ştatlarla Rusiyanın qarşılıqlı inamsızlığı qalmaqdadır.

-Hər iki ölkə öz səylərini təhlükəsizliyin uzunmüdətli təminat proqramlarına cəmləşdirir, çünki uzun bir müddətə münasibətlərdə düşmənçiliyə hazırlaşır.

-Müdafiə proqramları təhlükəsizlik təminatının açar sahələrinə, o cümlədən Şərqi Avropada qüvvə və vasitə yerləşdirməyə, raketdən müdafiəyə və strateji nüvə tarazlığının təminatına cəmlənəcək.

 

Təhlil

 

Ən yaxşısına ümid bəslə, lakin ən pisinə hazırlıq gör. Bu, ABŞ-la Rusiyanın ciddi şəkildə tərəfdar olduğu mantradır (induizmdə müqəddəs kəlamın dəfələrlə təkrarı, yəni zikr-tərc.), çünki onlar qarşıdakı bir neçə ildə gərgin münasibətlərə hazırlaşır. Bu ölkələr son dərəcə önəmli məsələlərdə, o cümlədən Suriya və Ukrayna münaqişələrində, həmçinin silahlanma üzərində nəzarət haqda danışıqlarda həqiqətən effektli qərarlar barədə razılığa gəlmək istərdi. Lakin aralarında dərin inamsızlıq saxlanmaqdadır, fikirlərdə ciddi ayrılıqlar və maraqların açıq münaqişəsi ümumi razılığa gəlmək cəhdlərini heçə endirəcək. Vaşinqtonda və Moskvada strateji qərar qəbul edənlər müsbət nəticəyə özəl ümid bəsləmədən bu dərin düşmənçilik dövründə birr-birinin hərəkətindən müdafiə təminatı məsələlərində öz mövqelərini möhkəmləndirirlər. NATO-ya üzv ölkələrin iyuylun 8-9-a təyin edilmiş və həlledici əhəmiyyət kəsb edəcək Varşava sammiti sürətlə yaxınlaşır. ABŞ ümid edir ki, təhlükəsizliyin təminatı üçün yaradılmış və pərakəndə alyans bu sammitdə vahid, aydın hədəf hazırlanacaq. Vaşinqtonun əsas vəzifəsi şərqi avropalı müttəfiqlərini və xüsusən də Polşa və Baltikanı Rusiyadan müdafiə olunmaqda onlara yardım göstəriləcəyinıə əmin etmək olacaq. Rusiya hazırda artan narahatlıq doğurur, Ukraynada hərbi əməliyyatlar aparır. ABŞ artıq NATO-nun şərq cinahında silahlı qüvvələrin möhkəmləndirilməsi üzrə addımlar atıb, lakin bu qüvvələr indi ABŞ-ın ciddi niyyətlərini rəmzləşdirən işarədən özgə bir şey deyil.

Vaşinqtonun növbəti addımı – həmçinin Avropada təhlükəsizliyin təminatı üzrə uzunmüddətli planının tərkib hissəsi – alyansın şərq cinahında qüvvə və vasitələr yerləşdirilməsi məsələsində NATO üzrə açar tərəfdaşlar tərəfdən daha əsaslı dəstəyin təmin edilməsidir. Rusiyanı cilovlamaqdan ötrü Birləşmiş Ştatlara avropalı müttəfiqlərin qüvvələrin düzülməsi və vahid cəbhədən çıxış etməyi üzrə öhdəliklərin bir hissəsini öz üzərlərinə götürməyi lazımdır. Lakin Polşa və Baltika ölkələri (onların ərazisində) daimi əsasda NATO güclərini yerləşdirməyə çağırdığından Birləşmiş Ştatların öz tərəfdaşlarını Rusiya sərhədləri yaxınlığında rotasiya qaydasında önəmli qüvvə yerləşdirməyə inandırmağı son dərəcə çətindir – hələ onların daimi dislokasiyasını demirik. Xüsusən də Almaniyanı inandırmaq çətindir – bu ölkənin  liderləri Rusiya ilə sərfəli işgüzar münasibətləri təzələməyə ümid edirlər. Bundan başqa, Almaniya əhalisinin böyük hissəsi Rusiya ilə qarşıdurmadan ehtiyat edir və Polşa, Baltika ölkələrinin müdafiəsinə qoşun göndərmək perspektivinə ehtiyatla yanaşır.

Vaşinqton NATO üzrə Qərbi və Şərqi avropalı müttəfiqləri arasındakı fikir ayrılıqlarını dəf etmək üçün qüvvələrin yerləşdirilməsi modelindən istifadə etməkdə təkidlidir. Bu modelə görə daim iştirakın xeyrinə olaraq daimi yerləşməkdən imtina etmək mümkün olacaq. Əldə olan məlumata görə, ABŞ bu cür qısamüddətli rotasiya modelini təklif edərək altıaylıq rotasiya əsasında Polşada və Baltik ölkələrinin hər birində qoşunların – batalyonun – iştirakı məsələsini razılaşdırır və bu haqda Varşava sammitində elan ediləcək. ABŞ öz tərəfindən iki batalyon təklif etmək niyyətindədir, lakin ümidvardır ki, NATO üzrə müttəfiqləri də daha ikisini təklif etməyə razılaşacaq. Vaşinqtonun baxımından alyansın şərq hüdudunda uzunmüddətli və vahid plan Rusiyanın  sonrakı hərəkətlərini cilovlamaqda açar amildir. LakinVaşinqtonun müdadfiə xararkterli qüvvələr yerləşdirmək və Avropada təhlükəsizliyi təmin etmək təşəbbüsü qismində qələmə verdiyi addımlar Moskvanın mövqeyindın tamamilə başqa cür görünür. Üzərinə Qərbdən həmlələr edildiyi Rusiyanın tarixi təcrübəsi nəzərə alınsa, onun sərhədləri yanında NATO-nun iştirakının genişlənməyi həyəcan doğurur. Bu əndişədən hərəkətlənən Rusiya NATO ilə qarşıdurmada özü üçün daha sərfəli mövqe təmin etməkdən ötrü silahlı qüvvələrini artırır. Rusiya ölkənin güneyində kütləvi iğtişaşlar və qiyamçı hərəkətləri boğmaqda çevikliyi yüksəltmək məqsədilə əvvəlcə ordunu briqada sisteminə keçirməklə islahata başladı. Lakin Moskva indi öz strategiyasını dəyişib və müasir adi silahlardan istifadə etməklə ordunun NATO kimi potensial düşmənlə yüksəkeffektli müharibə aparmağına yönəlmiş diviziyalı komplekltləşdirməyə bir də dönməklə silahlı qüvvələrin sürətlə yenidən formalaşdırılmasını aparır. Keçən ilin fevralında Rusiya Böyük Avropa düzənliyində hücum və müdafiə əməliyyatlarının keçirilıməsi üçün nəzərdə tutulmuş RF Qərb hərbi dairəsində tank və artilleriya birləşmələri əsasında formalaşdırılmış Birinci Qvardiya tank ordusunun yaradılmasını başa çatdırdı. Bundan savayı, Rusiya qərb sərhədinin yaxınlığında, ən azı, üç briqadanın divizyaya keçirilməsini həyata keçirir.

 

Münaqişəni nə gərginləşdirir

 

Adi silahların yerləşdirilməyindən savayı NATO ilə Rusiya arasında münaqişəni xeyli dərəcədə şərtləndirən açar göstərici raketdən müdafiə (RM) sistemlərinin yerləşdiriməsi sahəsində texnologiyaların yaradılmasıdır. Bu problem mərhələli Avropa adaptiv yanaşması (European Phased Adaptive Approach) kimi məşhur olan proqramın – Şərqi Avropada yerüstü RM sistemlərinin yerləşdirilməsi məsələsi üzrə Amerikanın təşəbbüslərinə görə mübahisələrin məğzini təşkil etdi.  Proqram 2009-cu ildə hazırlanıb və NATO lap əvvəldən iddia edir ki, bu təşəbbüsün hədəfi Avropanın İran tərəfdən potensial raket təhlükəsindən müdafiəsidir və deməli, yeni sistemin Rusiyaya heç bir dəxli yoxdur. Amma Moskva bu proqramın Rusiyanın maraqlarına birbaşa təhdid ifadə etdiyini bildirib onun gerçəkləşməyinə qarşı qəti şəkildə çıxış edir. Əslində, mübahisə Rusiyanın uzunmüddətli strateji təhlükəsizliklə bağlı narahatlığına müncər olunur. Ölkənin hazırda silahlı qüvvələrin modernləşdirilməsinə diqqət yönəltdiyinə baxmayaraq, Moskva NATO-dan və  Çinin adi silahlar üzrə qüvvə toplamağından ümumi geriliyini çox gözəl dərk edir. Rusiya cavab tədbiri qismində ifrat önləmə və qorxutma vasitəsi kimi öz qüdrətli nüvə cəbbəxanasına güvənir. Hətta Moskvanın müdafiəsi üzrə rəsmi analitik məruzəsində açıqca vurğuladı ki, mövcudluğuna qarşı qeyri-nüvə təhlükəsinə, məsələn, ordu müdaxiləsinə cavab kimi nüvə silahı tətbiq etməyə hazırdır.

Mərhələli Avropa adaptiv yanaşması indiki anda fəaliyyətə keçdiyindən NATO bu təşəbbüslərin istiqamətcə Rusiyanın strateji nüvə cəbbəxanasına ciddi təhlükə təşkil etməkdən ötrü son dərəcə məhdud olduğunu bildirməkdə tamamilə haqlıdır. Lakin Rusiyanın  baxışına görə, ABŞ-ın RM sahəsində texnologiyaların hazırlanması ilə fəal şəkildə məşğul olmağı uzunmüddətli perspektivdə ciddi təhlükə təşkil edir. Rusiyanın əndişəsini tam şəkildə anlamaq üçün ballistik raketlərin hazırlanmasını digət texnoloji işlərlə bir kompleksdə nəzərdən keçirmək lazım gəlir. Məsələn, Rusiya ehtiyat edir ki, ABŞ gələcəkdə hipersəsli raketlər əsasında işlənmiş ilk zərbə endirmək vasitələrini qismən silahlanmaya qoya bilər. Vaşinqton xüsusən də etibarlı RM  sistemi ilə birləşdirilən yüksəkdəqiqlikli nüvə cəbbəxanası vasitəsilə birinci zərbənin gedişində Rusiya rəhbərliyinin strukturuna və nüvə cəbbəxanasına ciddi ziyan vuracaq silahsızlaşdırma zərbəsi endirə bilər. Bu həmçinin Birləşmiş Ştatlara Moskvanın cavab qismində buraxdığı raketləri yaxalamaq və məhv etmək imkanı verərdi.

Bu əndişələr Rusiyada qəti etiraz doğurur, həm də Moskvanı müdafiə xərclərini artırmağa məcbur edir. Sanballı nüvə cəbbəxanasının varlığına baxmayaraq, Rusiya strateji təyinatlı raket qoşunlarına prioritet diqqət ayırmağı davam etdirir. Ruslar keçən il səkkiz qitələrarası ballistik raketi (QBR) sınaqdan keçirdilər, Rusiya hökuməti yanvarda isə 2016-cı ildə 14-ü Rusiya ordusunun silahlanmasına daxil olacaq 16 QBR sınaqdan keçirtmək planını elan etdi. Sınaqlar qrafikində bu günlərdə təqdim edilmiş və istehsal zamanı ciddi problemi çıxmış “Bulava” (“Toppuz”-tərc.) sualtı buraxılış raketləri, həmçinin yerüstü bazalanan digər QBR, məsələn, yeni, ağır“Sarmat” da (SS-X-30 layihəsi) var. Moskva nəzərdə tutur ki, bu raketlər, həmçinin onları düzülməsində yeni taktika nüvə cəbbəxanasını qorumağa və Amerika RMS üçün dişbatmaz etməyə imkan verəcək.

Amma hər halda ABŞ və Rusiyanın qarşılıqlı anlaşama əldə etməyə ümumi istəyi var. Onların Suriya məsələsi üzrə danışıqları da bundan xəbər verir. Ancaq Birləşmiş Ştatlarla Rusiya arasındakı inamsızlığın yüksək səviyyəsi nəzərə alınsa, Moskva da, Vaşinqton da bundan sonra bir-birindən müdafiə üçün sistemlər quraşdıracaq. Hər ikin tərəfdə ən yeni raketlərin varlığı, həmçinin RMS hazırlayıb qoşun göndərməyi   nəzərə alınsa, bunu ortamüddətli perspektivdə kiçik soyuq müharibə imkanı adlandırmaq olar. Güman etmirəm ki, bu ən yaxın dövrdə başa çatacaq.

 

Tərcümə Strateq.az-ındır.