«WizzAir» – QİYMƏTLƏRİ ARTIRIR

0
1

Macarıstanın «WizzAir» aviaşirkəti Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə həyata keçirilən uçuşları bahalaşdırıb. Belə ki, may ayının əvvəlindən etibarən avişirkət biletlərin qiymətini 50% artırıb.
Məsələn, martın sonundan uçuşlar yenidən bərpa ediləndə bir tərəfli uçuş biletləri 40 avroya təklif edilirdisə, hazırda minimal qiymətlər 60 avrodan başlayır. Gediş-dönüş biletləri hazırda ən aşağı qiymət olaraq 120 avroya əldə etmək olar. Üstəlik bu qiymətə yalnız 10 kiloqramlıq əl yükü daxildir.
Turizm şirkətlərindən bildirilib ki, sentyabr ayına kimi uçuşlar daha bahadır. Bu da turizm mövsümü ilə əlaqədardır. Qiymətlərin enməsini mövsüm bitəndən sonra gözləmək lazımdır. Məsələn, sentyabr ayından uçuşlar daha ucuz, yəni 50 avroya təklif edilir.