İki il ərzində dünyada 32 mindən çox terror aktı baş verib. Əsasən Yaxın Şərqdə və Afrikada terror hücumları nəticəsində təxminən 90 min insan həyatını itirib. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev məlumat verib.
Virtualaz.org «RİA Novosti» agentliyinə istinadla xəbər verir ki, N.Patruşevin sözlərinə görə, terror aktlarının nəticələrinin miqyası da artmaqdadır. Artıq onlar daha da mürəkkəbləşib və qəddarlaşıb.
Terror hücumlarının təxminən yarısı Əfqanıstan, Pakistan, Nigeriya, İraq və Suriyanın payına düşür. Bununla yanaşı, İraq və Suriyada terror aktları 2013-cü illə müqayisədə demək olar ki, 1,5 dəfə, həlak olan insanların sayı isə 2 dəfə çoxalıb.