Seboreya əleyhinə çarə

0
5

Seboreya xəstəliyi saç diblərinin kəpəklənməsi, qaşınması və ən əsası da saç görüntüsünü pozmasıdır.

Belə ki seboreyalı insanların saçlarında həmişə kəpəklənmə olduğundan kəpək üst paltarlarına belə tökülə bilir. Çox çətin müalicəyə tabe olan bir xəstəlikdir. İndi hal-hazırda at pıtrağı bitkisi çıxıb Azerbaycanın hər tərəfində bol-bol bitir, bu bitkinin köklərini yığın, ət maşınından keçirin və saç diblərinə çəkin, 2 saat gözləyin, sonra ilıq su ilə yuyun. Bunu gündə bir dəfə 20 gün edin, həm seboreya, həm saç tökülməsi və həm də saç diblərindəki qızartı və sepgiləri götürmək üçün yaxşı bir vasitədir.

Diqqət: İstifadə zamanı səpgilər və qaşıntı artarsa, deməli bu bitkiyə allergiyanız var, istifadəni dayandırın.

Fizulihuseynov.com