ABŞ-ın nüfuzlu tədqiqat mərkəzi “Stratfor” ekspertləri Suriyada Tiyas yaşayış məntəqəsi yaxınlığındakı Rusiya aviasiya bazasının İŞİD-in zərbələrindən ciddi ziyan gördüyünü iddia ediblər.
“Stratfor” tərəfindən yayılan avabazanın peykdən çəkilmiş şəkillərində uçuş zolağında yanğın izləri, yanmış texnika, dağılmış tikililər görünür.
BBC-nin məlumatına görə, “Stratfor” ekspertlərinin iddialarına münasibət bildirən Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konşenkov bildirib ki, yanmış texnika qalıqları aviasiya bazasında Rusiya hərbçiləri yerləşməmişdən əvvəl olub. Onun sözlərinə görə, İŞİD-in bazaya hücumu barədə deyilənlər həqiqətdən uzaqdır.
“Stratfor” isə idda edir ki, ötən həftə Rusiya hava bazasında baş vermiş yanğınlar nəticəsində dörd vertalyot və 20 yük maşını məhv olub.
Aviabazının indi çəkilmiş şəkillərini əvvəlkilərlə müqayisə edən mərkəz eskpertləri uçuş zolağında Mİ-24 vertalyotunun qalıqlarının olması qənaətinə gəliblər.
“Stratfor” ekspertləri hesab edirlər ki, bazaya bir neçə zərbə endirilib.
Strateq.az