Yunanıstanın Alimos şəhərində yerləşən köhnə aerodromdakı Elliniko qaçqın düşərgəsində kiçik uşaqları fahişəliyə şövq edən cinayətkar təşkilatlar fəaliyyət göstərir.
Publika.az xəbər verir ki, bu haqda paytaxt Afinanın cənubunda yerləşən Alimos şəhərinin bələdiyyə başçısı Andres Kondilis bildirib.
Bələdiyyə başçısı prokurorluğa müraciət edərək lazım olan araşdırmaların başlanılmasını tələb edib. O, həmçinin İdomeni qaçqın düşərgəsində də buna bənzər hadisələrin baş verdiyini söyləyib.