Ağdaşda dayı bacısı oğlunu doğradı

0
8
Qohumların içki məclisi faciə ilə nəticələnib.
Ağdaş rayonunda dəhşətli hadisə baş verib. Kükəl kəndində dayı öz bacısı oğlunu baltalayıb.
Kənd icra nümayəndəliyindən ANS PRESS-ə verilən məlumata görə, Mingəçevir şəhər sakini 1970-ci il təvəllüdlü Cavid Mayıl oğlu İbrahimov təxminən iki ay əvvəl kəndə gələrək babasına məxsus mülkdə yaşamağa başlayıb. İki gün əvvəl isə kəndə qonaq kimi onun bacısı oğlu, 1978-ci il təvəllüdlü Mustafa Rüfət oğlu Sofiyev gəlib.
“Dayı bacısı oğlu Mustafanın barmağını kəsib”
Dayı ilə bacıoğlu kənddəki evdə spirtli içki qəbul edəndən sonra aralarında münaqişə yaranıb. 46 yaşlı Cavid İbrahimov aralarında yaranan bu mübahisə zamanı 38 yaşlı bacısı oğlu Mustafa Sofiyevin əvvəlcə baş nahiyəsinə, daha sonra isə üzünə balta ilə zərbə endirib. Bununla da ürəyi “soyumayan” dayı Mustafanın əl barmaqlarından birini kəsib və daha sonra da onun əlinin üzərinə yenidən balta ilə zərbə endirib. Bacısı oğlunu baltalayan dayı ərazidən qaçıb.
Çoxlu qan itirən Mustafa Sofiyev dərhal Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C. İbrahimov tutulub və ondan 353,8 qram marixuana götürülüb.
Hadisə baş verən vaxt da onların narkotik vasitə qəbul etdiyi bildirilir.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Qohumun öz qohumunu baltalaması bundan əvvəl Beyləqan rayonunda da baş verib. Rayonun Birinci Şahsevən kəndində 1969-cu il təvəllüdlü Məhərrəm Oruc oğlu Quliyev qardaşı – 1975-ci il təvəllüdlü Xudat Oruc oğlu Quliyev tərəfindən baş nahiyəsindən aldığı balta zərbəsi nəticəsində dünyasını dəyişib.
Hadisəyə səbəb eyni həyətdə yaşayan iki qardaşdan kiçik olanının böyük qardaşın həyat yoldaşına və uşağına əl qaldırması olub. Belə ki, ölən Xudat Quliyevin övladlarının həyətdə səs-küy salması uşaqların əmisi Məhərrəm Quliyevə xoş gəlmiyib. O, qardaşının evinə gələrək uşaqları və qardaşının arvadını döyməyə başlayıb. Ailəsinin qardaşı tərəfindən döyüldüyünü görən mərhum M.Quliyev qardaşı X.Qulieyevlə mübahisə edib. Mübahisənin qızışdığını görən kiçik qardaş həyətdəki baltanı götürərək qardaşının boyun nahiyəsidən zərbə endirib.