Ankara Brüsseli hədələdi:”Türkiyə Avropa Birliyi ilə bütün razılaşmaları ləğv edəcək”

0
4

“Brüssel «ikili standartlar» siyasətini davam etdirsə, Türkiyə Avropa Birliyi ilə bütün razılaşmaları ləğv edəcək”.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğanın müşaviri İgid Bulud bildirib.

«Reuters»in məlumatına görə, Ərdoğan isə Türkiyənin dünyanın bütün ölkələrindən daha çox qaçqın qəbul etdiyini deyərək Avropa Birliyini bu yükü ortaq şəkildə üstlənməyə çağırıb: «Qeyri-leqal miqrasiyaya nəzarət üçün Avropa və Türkiyə birgə işləməlidir. Suriyalı qaçqınlar üçün hüquqi müxanizm hazırlanmalıdır”.

Xatırladaq ki, martın 18-də baş tutan Ankara-Avropa Birliyi sammitində Türkiyə vətəndaşlarının bu il iyulun 1-dən Şengen ölkələrinə vizasız gediş-gəlişinə dair razılıq əldə olunmuşdu. Lakin sonradan Brüssel Ankaranın əsas şərtlərdən bir neçəsini yerinə yetirmədiyini əsas gətirərək prosesin gedişini dondurdu.

Ərdoğan isə bəyan etdi ki, vizasız gediş-gəlişin müqabilində antiterror qanunlarına dəyişiklik etməyəcəklər. Üstəlik, belə davam edərsə, qaçqınları Avropaya geri göndərəcəklər.