Sürücülərin nəzərinə: Ağsu aşırımı təmirə bağlanır

0
1

Aparılacaq qısa müddətli təmir işləri ilə əlaqədar olaraq sabahdan, yəni 23 may səhər saatlarından etibarən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun “Ağsu aşırımı” hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. “Azəravtoyol” ASC-dən Lent.az-a verilən məlumata görə, sürücülərdən məhdudlaşdırmanın tətbiqi müddəti ərzində alternativ olaraq Muğanlı-İsmayıllı və Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yollarından istifadə etməkləri tövsiyyə olunur.

“Azəravtoyol” ASC yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.