Fransada tətil başlayıb:Ölkə benzin çatışmazlığı ilə üz-üzə

0
6

Fransada neftayırma zavodlarının əməkdaşlarının tətili səbəbindən ölkədə ciddi benzin çatışmazlığı təhlükəsi yaranıb. Frans-Press Agentliyinin məlumatına görə, tətil əmək qanunvericiliyində islahatlara etiraz olaraq keçirilir. Ölkə regionlarının bir sıra prefektləri benzin və dizel yanacağının satışına məhdudiyyətlər qoyub.

Ajiotajın qarşısını almaq üçün kanistrlərə yanacaq doldurmaq qadağan edilib. Avtomobil sahibləri bir neçə stansiyada 1-2 saatdan çox növbədə gözləmək məcburiyyətində qalırlar. Otuz litrdən artıq yanacaq doldurmağa icazə verilmir. Bəzi yerlərdə isə yalnız cəmi beş litr yanacaq almaq mümkündür.

Həmkarlar ittifaqları vəziyyətin getdikcə daha da pisləşəcəyi ilə bağlı xəbərdarlıq edirlər. Tətilçilər əmək məcəlləsi islahatları layihəsi parlamentin müzakirəsindən çıxarılmayana qədər boykotu dayandırmayacaqlarını bildirirlər(azərtac).