“Eurovision – 2016” mahnı müsabiqəsinin qalibi Camala Euronews kanalına müsahibəsi:
Euronews: Camala, sizi qələbəniz münasibəti ilə təbrik edirik. Qələbə qazanacağınıza inanırdınızmı?
Camala: Bu, əlbəttə ki, asan iş deyildi, Ona görə ki, mənim mahnım müsabiqə üçün qeyri-adi idi. Lap əvvəldən bu, mahnı qəribəliyi ilə seçildi. Mənə elə gəlir ki, yarışda intim və şən mahnılar oxumaq mənim üçün çox çətin olardı.
Euronews: “1944” yalnız sizin qələbə mahnınızın adı deyil. Bu il həm də Krım Tatarlarının tarixində çətin bir il olub.1944-ci ilin mayında İosif Stalin Krımdan Tatar millətinin çıxarılması barədə göstəriş verib. Dediniz ki, sizin mahnı ailənizin hekayəsi idi. Doğrudanmı 1944-ci ildəki deportasiya sizin yaxınlarınızdan da yan keçməyib”?
Camala: “Bu, mayın 18-i səhər tezdən baş verib, səhər saat 3 radələrində. Onlar (XDİK qoşunları – Daxili İşlər Xalq Komissarlığı) gəldilər və dedilər: “Əmlakınızı paketləyin!”. Bizə yalnız 15 dəqiqə vaxt verdilər. Mənim ulu nənəm Nazalkhanın beş uşağı vardı: Dörd oğul və bir qız. Onları yük qatarı doldurublar və Krımdan Mərkəzi Asiyaya yola salıblar. Nənəm bu qatarda bir neçə həftə keçirib: Yeməksiz, susuz. Onlar qatarda olarkən, onun balaca qızı dünyasını dəyişib. Mən də düşündüm ki, bu barədə yazmalıyam”.
Euronews:“2014-ci ildə Krım üçün daha bir əlamətdar il olmuşdu. Bilirsiniz, mən nəyi nəzərdə tuturam? Yarımadanın Rusiya tərəfindən ilhaqı, Krım Tatar əhalisinin sıxışdırılması və repressiya iddiaları. Bu hadisələr sizin mahnınızda öz əksini tapmışdı? Bu mahnının yazmağa sizi nə vadar etdi?
Camala: Mən deyə bilərəm ki , 2014-ci il hadisələri mənim həyatıma kədər gətirdi. Bu mahnının yazmasının yeganə səbəbidir. Lakin mən həmişə vurğulayıram ki, niyə konkret 1944-ci il hadisələri ilə bağlı yazmışam.
Euronews: “Cəmalə, sizin ata-ananız hələ də Krımdadır, onlar bu repressiyadan əziyyət çəkən Krım Tatar icmasının hissəsidir. Siz Eurovision qazanandan sonra onlarla rəftarda fərqlilik var? Hər kəs onları təbrik edib”?
Camala: “Kompliment çox idi, onların evinə çoxlu tanımadıqları adamlar gəlirdi. Onlar öz minnətdarlıqlarını bildirirdilər, hətta bəzləri tortlar gətirdi. Mən yarışı qazandığım gün ukraynalı olmayan Krımda yaşayan insanlar da hiss edirdi ki, bu onların da qələbəsidi. Bu, bəlkə də uzun çəkmədi, amma bu həmrəylik günləri idi”.
Euronews: Sizin musiqiyə məhəbbətiniz ailədən qaynaqlanır?
Camala: “Bəli, mənim valideynlərim, tamamilə. Onlar musiqiçidilər. Mənim atam akkordeonistdir, anam fortepiano ifaçısıdır, o, musiqi müəllimi idi və hələ də şagirdlərin öyrədir. Biz ailə partilərində Ermənistan, Ukrayna, Yunan və Azərbaycan mahnıları oxuyurduq. Bizim evimiz musiqi ilə canlı idi. Musiqi çox dinlənilirdi”.
Euronews: “Çıxışınıza necə hazırlaşırdınız? Səhnəyə çıxmazdan əvvəl hansı nə ilə məşğul olurdunuz? Sizin xüsusi adətiniz var: bir mahnını hiss etdirməyə və uğurlu çıxış üçün nə düşünürdünüz”?
Camala: “Əgər siz yalnız “1944” soruşursunuzsa, bu, çox çətin idi. Hesab edirəm ki, 1944-cü il kimi hiss edirdim. Təsəvvür edi ki, bu mahnı müsabiqəsidir və mərhələ keçməyiniz üçün əvvəl səhnəyə çıxmağınız lazımdır, “Soldiers of Love, Soldiers of Love” kimi mahnı oxuyan biri var və yalnız üç dəqiqə vaxtınız var aydın şəkildə mahnını çatdırmağa. Mən elə hirslənmişdim ki, səhnəyə çıxanda artıq gözlərim dolmuşdu. İzdirabı duymadan izdirablı oynamaq, bu iş deyil.
Euronews: Camala siz uğurlu vokalçısız, indi təkcə Ukraynada deyil. Siz karyeraya aktyorluqdan başlamısınız. Amma indi dövlət işləri ilə məşğul ola bilərsiniz. Ukrayna Prezidenti Petro Poroşenko sizi YUNİSEF-in Xoşməramlı Səfiri təyin edəcəyini söylədi. Bu arada Camala xanım siyasətlə məşğul olursunuzmu?
Camala: Ah, Mən istəmirəm. Bilirsiniz evə qayıdanda fikirləşdim ki, yeni albom çıxarmalıyam. Siyasətçi olmaq? Yox, heçvaxt bu haqda düşünməmişəm. Siyasətdə hisslər üçün yer yoxdur və mən hissiyyatsız halda yaşaya bilmərəm.
Euronews: Camala Eurovision üçün bu qədər ağır məşqdən sonra harada istirahət etməyi düşünürsən. Harada bu ruh yüksəkliyi və enerji alırsan?
Camala: Mən suyu, dənizi, okeanı, çayları, gölləri şox sevirəm. Amma indi buna vaxtım yoxdur, Mən həqiqətən də oxumaq istəyirəmş
Euronews: Camala xanım müsahibəyə görə çox sağ olun.
Camala: Sizdə sağ olun!