Qazaxıstanı etiraz dalğası bürüyüb- Onlarla fəal həbs olundu

0
20

Qazaxıstanda etirazlar səngimək bilmir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Torpaq Kodeksinə edilən dəyişikliklərə etiraz olaraq bu gün keçirilən aksiyada onlarla fəal, həmçinin bir neçə jurnalist həbs olunub. Sonradan KİV nümayəndələri sərbəst buraxılıb.

Baş prokurorun müavini bildirib ki, sosial şəbəkələrdə 400-500 nəfərin həbs olunduğu barədə məlumatlar yayılsa da, əslində saxlanılanların sayı 40-dır.

Son həftələr Qazaxıstanda etirazlar alovlanıb. İnsanlar küçələrə çıxaraq ölkə torpaqlarının əcnəbilərə icarəyə verilməsinə imkan verən dəyişiklilkərə etiraz edirlər.

Müşahidəçilərin dediyinə görə, ölkənin bütün şəhərlərində aksiyaların keçirilməsi və dövlət siyasətinin tənqid olunması Qazaxıstan üçün nadir hal sayılır.

Sonuncu dəfə bu cür kütləvi etirazlar 2011-ci ildə baş vermişdi. Neftçilərin təşkil etdiyi tətil aksiyaları hökumətin müqaviməti ilə üzləşmiş və polisin aksiyada açdığı atəş nəticəsində 14 nəfər həyatını itirmişdi.