”İslahatlar olmasa Rusiya iqtisadiyyatı çökəcək” – Kudrin

0
17

Struktur islahatlar keçirmədən Rusiya iqtisadiyyatı çökəcək və inkişaf etməyəcək.

Bu açıqlama ilə Rusiyanın sabiq iqtisadiyyat naziri Aleksey Kudrin çıxış edib. Maraqlıdır Kudrin bu bəyanatı Putinin “Rusiya iqtisadiyyatı böhranının “dib”i 2015-ci ildə qaldı” sözlərindən sonra verib.

Rusiya prezidenti yanında İqtisadi Şuranın Şuranın sədr müavini Kudrin hesab edir ki, Rusiya iqtisadiyyatı nəinki böyüməyəcək, hətta “dib”ə vuracaq, əgər hakimiyyət nümayəndələri ciddi islahata getməsə. O, Rusiyanın mövcud iqtisadi modelini köhnə sayır, yeni modelin isə formalaşmadığını bildirir. Rusiya hakimiyyəti isə iqtisadi islahatları gecikdirir.

Kudrin vəziyyətdən çıxmaq üçün pensiya yaşı 63 yaşa qədər qaldırılmasını da təklif edib.