Mayın 23-də İstanbulda Ümumdünya Humanitar Sammiti işinə başlayacaq.
Strateq.az xəbər verir ki, iki gün davam edəcək tədbirə 60 ölkənin prezident və hökumət rəhbərləri qatılacaq.
İlk dəfə olaraq keçiriləcək sammitdə humanitar sahədə mövcud olan qlobal problemlərdən çıxış yolları axtarılacaq.
BMT baş katibi Pan Gi Munun təşəbbüsü ilə keçirilən sammitə qeyri-hökumət təşkilatlarının, beynəlxalq humanitar strukturların təmsilçiləri də dəvət edilib.
Sammit Pan Gi Mun və Türkiyə prezidentinin giriş nitqi ilə başlayacaq.
Rusiya prezidenti Vladimir Putin sammitdə iştirakdan imtina edib. Rusiya tədbirdə fövqəladə hallar nazirinin müavini səviyyəsində təmsil olunacaq.
Qeyd edək ki, Türkiyə humanitar yardım siyasətinə görə dünyada ABŞ və Britaniyadan sonra üçüncü yerdədir.