Malidə BMT-nin 5 sülhməramlısı öldürülüb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, silahlı şəxslər Kidal şəhərində hərbiçilərə hücum ediblər.
BMT baş katibi Pan Gi Munun mətbuat xidmətindən bildiriblər ki, həyatını itirən sülhməramlılar Çad vətəndaşlarıdır. Silahlı hücum zamanı daha 3 hərbiçi yaralanıb.
Pan Gi Mun hücumu pisləyərək ölənlərin ailələrinə başsağlığı verib. Sülhməramlılara hücumun hərbi cinayət olduğunu deyən baş katib cinayətkarları məsuliyyətə cəlb etməyə çağırıb.
BMT-nin məlumatına görə, ilin əvvəlindən bu yana Malidə sülhməramlılara 10-dan artıq hücum qeydə alınıb. Bu hücumlada ölən sülhməramlarıların sayı 12-dir.