İlham Rəhimovun şərikləri ermənilərlə işbirliyində! – Qubalı milyarderlərdən şok addım

0
4

Moskvadakı “Fud Siti” ticarət mərkəzində Ermənistanın pavilyonu açılacaq. 

Məlumata görə, daha çox kənd təsərrüfatı və ərzaq məhsullarının satışı üçün nəzərə tutulan mərkəzdə ermənistanlı istehsalçılar öz məhsullarını təqdim edəcəklər.

Məlumata görə, pavilyonun qurulması Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrlə Rusiya arasında iqtisadi münasibətlərin möhkəmləndirilməsi məqsədini daşıyır.“Ermənistan” ticarət-sərgi pavilyonunun mayın 28-də Yerevan sənaye-ticarət palatası ilə birlikdə daimi əsasda “Fud Siti” mərkəzində açılacaq.

88 hektar sahədə yerləşən “Fud Siti” Moskvanın ən böyük aqroklasteri hesab olunur. Naviqasiya, loqistika və nəqliyyat mərkəzi də olan kompleks məhsul alıcıları və satıcıları arasında vasitəçisiz əlaqə qurur.

Xatırladaq ki, “Fud Siti” 2014-cü ildə istifadə verilib. Onun sahibləri əslən Azərbaycanın Quba rayonunun Qırmızı qəsəbəsindən olan milyarderlər Qod Nisanov və Zarah İliyevdir. “Forbes”in məlumatına görə, qubalı milyarderlərin 2015-cdi il üçün şəxsi sərvəti 4,7 milyard dollara çatır.

Əlavə olaraq qeyd etmək yerinə düşər ki, Qod Nisanov və Zarah İliyev həm də azərbaycanlı digər milyarder, hüquq professoru İlham Rəhimovun dost və biznes şərikləridir.

Bəzi məlumatlara görə, Putinin tələbə yoldaşı və dostu olan İ.Rəhimov ermənilərlə işbirliyi quran bu qubalı milyarderlərin “krışası” hesab olunur.

Məhz İ.Rəhimovun himayədarlığından sonra Nisanov və İliyevin Rusiyadakı biznesləri sürətlə inkişaf etməyə başlayıb. Rəhimovun onların biznesindəki rəsmi payı isə 10-15 faiz təşkil edir. 

Modern.az