316 saylı orta məktəb rüşvət içində boğulur – tanınmış vəkil belə deyir

0
3

“Suraxanı rayonu Yeni Bülbülə qəsəbəsində yerləşən 316 saylı orta məktəbdə açıq, aşkar alver gedir”

Bu barədə tanınmış vəkil Aslan İsmayılov öz Feysbuk səhifəsində yazıb.

O bildirib ki, Suraxanı rayonu Yeni Bülbülə qəsəbəsində yerləşən 316 saylı orta məktəbdə açıq, aşkar alver gedir.

Həmin yazını təqdim edirik:

“Oxşar müraciətlər çox olduğundan bu məktubu olduğu kimi anonim (məxfi) olaraq paylaşıram:
Salam Aslan bəy. Çox problemləri işıqlandırmısız, əksəriyyəti də öz həllini tapıb. Biz bunların canlı şahidiyik, sizə güvənirik, dəstəkləyirik və çox sağ ol deyirik. Bir mövzuya toxunmanızı xahiş edirəm.
Suraxanı rayonu Yeni Bülbülə qəsəbəsində yerləşən 316 saylı orta məktəbdə açıq, aşkar alver gedir. Məktəblər tətilə çıxmamış yeni dərs ilində məktəbə ilk ayaq qoyacaq birincilərin valideynlərindən pul tələb olunur. Hər uşaq başı 100 manat. Oğlum keçən ildən hazırlığa gedir həmin məktəbə və hər ay 41 manat pul ödəmişəm. Qış boyu elə ay olurdu ki, evimdə çörək pulu olmurdu, amma o pulu düzəldib vermişəm. İndi 100 manat pul istəyirlər ki, mən uşağımı məktəbə qoyum. Vətən xaini deyiləm, dövlətə fəhlə işləyə-işləyə vergi ödəyirəm. Özüm hərbi xidmətimi döyüş bölgəsində çəkmişəm. Sadaladıqlarım, mənim dövlətə olan borcumu etməliyəm. Bəs onda niyə bu dövlətdə uşağımı məktəbə qoya bilmirəm? Xahiş edirəm, bu mövzu haqqında araşdırmalar aparasız və mənə bir məsləhət verəsiz. Bu problemlər bütün məktəblərdədi. Məktəb müdirləri deyir ki, Təhsil Nazirliyi tələb edir, biz də sizdən alırıq. Öncəliklə təşəkkürlər”.