Novxanıda çimərlik ərazisi hasarlanır

0
3

Çimərlik mövsümünün başlamasına az vaxt qalması bəzi işbazları hərəkətə keçirib. Həmin işbazlar ki, Abşeron rayonunun Novxanı qəsəbəsindəki Xəzər dənizinin dövlətə məxsus olan çimərlik ərazisini zəbt etməyə davam edirlər. ANS PRESS-in məlumatına görə, hazırda qəsəbədə onsuz da əksər hissəsi bağlanılaraq pullu olan dəniz sahilinin geriyə qalan az hissəsində də divarlar çəkilir.

Bu isə vətəndaşların haqlı narazılıqlarına səbəb olub. Onsuz da təbii sərvətimiz olan Xəzərin sularında çətinliklə istirahətə yer tapanlardan biri də Azad Məmmədovdur. Qəsəbə sakini deyir ki, hazırda, demək olar ki, dənizin adıçəkilən sahilində pulsuz çimərlik yoxdur. “Qardaş, bilmirəm kimlərdir, amma dənizi bizə çox görürlər. Burada hər yer tutulub! Bəs biz hara gedək indi? Niyə kimlərinsə pul qazanmaq istəyi biz vətəndaşların hüquqlarının pozulması ilə nəticələnməlidir?”

Dənizin hasarlanan hissəsi