Evlilik proqramında biabırçılıq: Gəlin namizəd hamilədir

0
3

Qalmaqalların əskik olmadığı “Kısmetse olur” evlilik yarışması ilə bağlı növbəti biabırçılıq baş verib.

Axşam.az-ın məlumatına görə, yarışmadakı gəlin namizəd Canselin bəy iştirakçı Eserdən hamilə qalması iddia edilir.

Eser ilə sevgili olan Canselin 5 həftəlik hamilə olması böyük qalmaqal yaradıb. Əvvəl uşağı istəməyən cütlük hamiləliyi sonlandırmaq üçün xəstəxanaya müraciət edib. Ancaq 5 həftəlik uşağı tələf etmək mümkün olmayıb. Yarışmanın 5 həftədən sonra bitəcəyini nəzərə alan Eser və Cansel qərarlarını dəyişdirərək uşağı dünyaya gətirmək fikrinə gəliblər.