Ərinin dostuna qoşulub qaçdı…

0
3
Türkiyənin Malatya şəhərində qəribə hadisə baş verib. Belə ki, Ali Osman adlı şəxs yaxın dostunu evə gətirib, ancaq həyat yoldaşı həmin şəxsə qoşularaq qaçıb.
45 yaşındakı Ali Osman dostu H.T-nin Malatyada ev alacağını və bir neçə gün onlarda qalmasını xahiş etdiyini deyib. Bu təklifi qəbul edən Osman bir neçə gün sonra evə gəldiyində həyat yoldaşı və uşaqlarının evdə olmadığını görür.
Bir neçə gün axtarış edən Osman nəhayət uşaqları, həyat yoldaşı və “qonağ”ın birgə İstanbulda olduğunu öyrənib. Həyat yoldaşı evinə dönmək istəmədiyini deyincə, çarəsiz qalan Osman boşanmağa ərizə verib. Tək istədiyi isə uşaqların onda qalması olub.