“Rusiya NATO ilə müharibəyə hazır olmalıdır…” -Xəbərdarlıq

0
5
NATO Rusiya ilə müharibəyə hazır olmalıdır.
Bu sözləri NATO Avropa Müttəfiq Qüvvələrinin Baş komandanı Kurtis Skaparotti deyib.
O, Rusiyanın bütün beynəlxalq hüquq normalarına meydan oxuduğunu bildirib:
“NATO Rusiya ilə mülki və hərbi əməkdaşlıqdan imtina edib. Ukrayna böhranının başladığı 2014-cü ildən bəri Rusiya müxtəlif hərbi təxribatlar vasitəsilə gərginliyi daha da artırır”.
Rusiya Müdafiə naziri Sergey Şoyqu isə Skaparottinin açıqlamasına belə münasibət bildirib:
“Rusiya NATO-nun addımlarına uyğun olaraq müvafiq tədbirlər görür. Ölkənin cənubunda və qərbində yeni hərbi qüvvələr yerləşdirilib”.
Digər məlumatlara görə, Rusiya hökuməti ölkənin şimal və cənub sərhədlərində NATO-ya qarşı çevik hərbi qüvvələrdən ibarət müdafiə xətti yaradıb.(Axar.az )
Qeyd edək ki, NATO-nun Rumıniya və Batlikyanı ölkələrdəki hərbi təlimləri Rusiyanın kəskin narazılığına səbəb olub.