Bu ucuz və keyfiyyətli 3 ərzaqla tökülən saçlar yenidən bərpa olacaq və gurlaşacaq

0
7

SAÇIN TÖKÜLMƏSİNƏ QARŞI VASİTƏ.

Bu, saç tökülməsinin qarşısını almaq onun gözəlliyini və qüvvəsini bərpa etmək üçün sınaqdan keçmiş bir vasitədir. Qadin.az bildirir ki, “Tibbnamə” (1712) saça qulluq etmək üçün soğandan istifadə etməyi məsləhət görür.
Müasir kosmetoloqlar da həmin fikirdədir.

Tərkibi:

1 baş soğanın şirəsi – 1 hissə, gənəgərçək yağı – 1 hissə, yumurta sarısı – 1 ədəd.

Hazırlanması və tərbiqi:

Bunların hamısını yaxşıça qarışdırmaq lazımdır. Gənəgərçək yağını zeytun yağı ilə əvəz etmək olar. Bu qarışığı saçlarınızı yumamışdan 45 dəqiqə əvvəl saça sürtün, sonra başınızı selofanla örtüb, üstündən dəsmalla bağlayın.

Qeyd: Proseduranı ayda 1 dəfə yerinə yetirmək lazımdır.