Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyə Ərdoğanla Səlcuq Bayraqdarın nişan mərasimindən çəkilən ailə fotosu mətbuatda yayılıb.
Strateq.az xəbər verir ki, fotoda diqqət çəkən məqam Ərdoğanın böyük oğlu Əhməd Burak Ərdoğanın da orada yer almasıdır. Əhməd Burak son 14 ildə ilk dəfədir ailəsi ilə birgə görüntülənir.
O, mərasimə xanımı Sema Ketenci ilə birlikdə qatılıb.