“May ayında Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri planlaşdırılmayıb”.
Bu barədə APA-nın Moskva müxbirinə Kremlin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, V. Putinin may ayında Bakıya səfər edəcəyi ilə bağlı xəbərlərin heç bir əsası yoxdur: “Bu ay ərzində prezidentin Azərbaycana səfəri planlaşdırılmır”.
Diplomatik mənbələrdən APA-nın Moskva müxbirinə verilən məlumata görə isə Rusiya prezidentinin yay fəslinin sonuna kimi Azərbaycana səfər edəcəyi istisna edilmir. Səfər güman ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə iştiraklı bağlı olacaq.