Bristol Universiteti (İngiltərə) alimləri köpənin ani ölümü sindromu ilə bağlı yeni araşdırma aparıblar.
Körpənin ani ölümü sindromu nadir, lakin çox faciəli fenomendir – tam sağlam uşaq səbəbsiz olaraq qəfildən yuxuda ölür. Bu sindroma yalnız 1 yaşına qədər olan körpələndə rast gəlinir. Oğlanlarda qızlarla müqayisədə ani ölüm sindromuna daha tez-tez rast gəlinir.
Əvvəlki araşdırmalar göstərib ki, körpənin ani ölümü sindromunun əsas risk faktorları arasında: körpənin qarın üstündə yatması, körpənin ana ilə birlikdə yatması, uşaq çarpayının çox yumşaq olması, süni qidalanmadır.
Medical Daily xəbər verir ki, İngiltərə alimləri körpənin ani ölümü sindromu nəticəsində dünyasını dəyişmiş 760 körpənin məlumatlarını analiz ediblər. Nəticədə alimlər belə qərara gəliblər ki, uşaqların yatmazdan əvvəl bələnməsi də körpənin ani ölümü sindromunun riskini artırır. Xüsusilə bu 6 aydan böyük uşaqlara aiddir.