“Azərbaycanın yarısı Eldar Mahmudova görə özünü assa belə, o, həbs edilməyəcək”

0
3

Müzəffər Baxışov: “Bu həbsin reallaşması üçün siyasi göstəriş olmalıdır”

Sabiq MTN rəhbəri Eldar Mahmudovun borclandırdığı bəzi iş adamlarının intihar etdiyi, düşdükləri vəziyyətə, üzləşdikləri ədalətsizliyə intiharla cavab verməsi ilə bağlı ölkə mediasında məlumatlar yer almaqdadır.

Borclandırılan insanların intihar etdiyi, ölkədən qaçmaq məcburiyyətində qaldığı bir zamanda E.Mahmudovun məsuliyyətə cəlb edilməməsi nə ilə bağlıdır? Niyə E.Mahmudovun iş adamlarından aldğı pulların geri qaytarılması istiqamətində əlaqədar qurumlar heç bir iş aparmır?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Müzəffər Baxışov E.Mahmudovun məsuliyyətə cəlb edilməsi üçün siyasi göstərişə ehtiyac olduğunu bildirib:

“Sabiq MTN rəhbəri Eldar Mahmudovun konkret cinayətlər törətməsi ilə bağlı Azərbaycan KİV-lərində  ciddi iddialar mövcuddur. Sahibkarlardan biri qeyd edir ki, mən E.Mahmudovla şərikli bina tikdirdim. Binanın inşasına 6 milyon dollar xərcləndi. Sahibkar qeyd edir ki, binanın tikintisi ilə bağlı hesabatı E.Mahmudova verən zaman o, bildirdi ki, get, hesabatı araşdırıb məlumat verərəm. Daha sonra isə sahibkara bildirib ki, sən məni aldadırsan, məndən 4 milyon dollar artıq pul istəyirsən. Sahibkarın sözlərinə görə, E.Mahmudov mənə pul vermədi və məni elə bir vəziyyətə saldı ki, qaçıb getməli oldum. E.Mahmudovla bağlı bu qəbildən olan ciddi faktlar var. Hansı ki, onların hamısı əsaslı şəkildə araşdırılmalıdır. E.Mahmudovun cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilməlidir. Amma əfsuslar olsun ki, Azərbaycanda vəziyyət başqadır. Vəzifəli şəxslərin çoxunu məsuliyyətə cəlb etmirlər. E.Mahmudov haqqında nə vaxtsa siyasi göstəriş olsa, o zaman onu həbs edəcəklər. Siyasi göstəriş olmasa, tam məsuliyyətlə bildirirəm ki, E.Mahmudov Azərbaycanın yarısını borclandırsa, ölkənin yarısı ona görə özünü assa belə, o, həbs edilməyəcək”.