Son günlər Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu AXCP və Müsavat funksionerləri arasında görüşlər təşkil edib. T.Yaqublunun bu təşəbbüsü partiyaların yenidən birlik yarada biləcəkləri haqda məlumatlar yayılmasına səbəb olub.
Müsavat Partiyasının təşkilat şöbəsinin müdiri Razim Əmiraslanov Moderator.az -a açıqlamasında bildirib ki, onlar AXCP ilə əməkdaşlığa hər zaman maraqlı olublar:
“Müsavat Partiyası ölkədə fəaliyyət göstərən real müxalifət qüvvələri ilə eyni zamanda AXCP ilə həmişə əməkdaşlığın, bir çox ümumimilli məsələlərdə birgə fəaliyyət göstərməyin və həmçinin müxalifətdaxili ziddiyyətlərin aradan qaldırılmasında maraqlı olub. Əvvəllərdə Partiyanın başqanı və rəhbərliyi cəmiyyətin maraqları baxımından bu istiqamətdə addımlar atıb.Tofiq Yaqublununda bu təşəbbüsü müsbət qarşılanıb, hətta rəsmi olaraq başqan tərəfindən görəvləndirilib. İnanıram ki, AXCP rəhbərliyi bu məsələyə pozitiv yanaşacaq.”