Prezident Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye Ərdoğan ilə işadamı Selçuk Bayraktarın toyunun bəzi detalları bəlli olub.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 6 min adamın dəvət edildiyi nikahın şahidlərindən biri baş nazir Əhməd Davudoğlu olacaq.
Nikah mərasimində Sümeyye Ərdoğan və Selçuk Bayraktarla əlaqədar videoçarx nümayiş olunacaq. Mini sənədli film şəklində hazırlanan videoçarxda gəlin və bəyin uşaqlığından bu günə qədər olan fotoşəkilləri, yaxın yoldaşlarının və ailə üzvlərinin onlar haqda fikirləri yer alacaq.
Mayın 14-də baş tutacaq nikahın dəvətnamələri də artıq hazırdır. Dəvətnamə vasitəsilə dəvətlilərə mesaj göndərən cütlük bildirib ki, çiçək və çələng göndərmək istəyənlər, bunun əvəzində Mehmetçik Vəqfi, TSK Həmrəylik Fondu və Türk Polis Təşkilatına yardım etsinlər.