“May ayından sentyabradək sular kəsilir”… – Əmircan sakinləri “Azərsu”dan şikayətçidirlər

0
4

Redaksiyamıza “Azərsu” Açıq Səhmdar cəmiyyəti ilə bağlı şikayət ərizəsi daxil olub.

Avropa.info- ya daxil olan şikayətdə bildirilir ki, Suraxanı rayonunun Əmircan qəsəbəsinin Neftçi və Mehdi Huseyinzadə küçələrində may ayından sentyabr ayının sonuna qədər su olmur.

Şikayətçi Rahib Haciyevin sözlərinə görə, həmin ərazinin su ilə təmin olunmasında cavabdeh olan Rauf adlı şəxs “Nasosxananın rəisi” və onun Eldar adlı işçsii bildirirlər ki, su istixanalara və Suraxanı icra hakimiyyətinin göstərişi ilə müəyyən ərazilərə verilir.

Onlar, “buranın qayda-qanunu budur. Gedin icra başçısı ilə danışın, iki min manata qədər xərciniz çıxacaq, sizin məhəlləyə su xətti çəkilsin.” – deyə bildiriblər.

Şikayətçi bildirir ki, bir aya yaxındır ki, “Azərsu”nun qaynar xətti də onun şikayətlərinə məhəl qoymur.

“Bir aya yaxın bir zamandır ki, Azərsunun 955 saylı qaynar xətdinə zəng vurub iradımı bildirirəm. Təmir gedir. Xətdə təzyiq yoxdur, yuxarıları məlumatlandırmışıq sözündən başqa bir söz eşitmirəm. Naəlacsız qalan sakinlər tonu altı manata su maşınlarında su alırlar.”- deyə Rahib Haciyev bildirib.