İcra başçısı tarixi abidələri də sökdürür –İctimai birlik “SOS” verdi (FOTOLAR)

0
3

Yasamal rayonu “Sovetski” adlanan ərazidə Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə dövlət mühafizəsində olan çox sayda daşınmaz tarixi-memarlıq abidələri mövcuddur.

““QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İctimai Birliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, hazırda abadlıq işləri ilə əlaqədar olaraq, Yasamal rayonu, “Sovetski” adlanan ərazidə kütləvi söküntü işləri aparılır:

“Dövlət mühafizəsində olan tarixi-memarlıq abidələrinin monitorinqi aparılmış və bəzilərinin saxlanılması Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qərara alınıb. Buna baxmayaraq, Yasamal rayon İcra Hakimiyyəti Başçısının “söküntü komissiyası” saxlanılması qərara alınan daşınmaz tarixi-memarlıq abidələrinin çoxunun heç bir hüquqmüəyyənedici sənəd olmadan sökülməsinə qərar verib. Belə ki, dövlət mühafizəsində olan tarixi-memarlıq abidələrində yaşayan sakinlər öz mənzillərindən köçürüldükdən sonra, abidə bərbad hala salınaraq, foto şəkili çəkilir və aidiyyəti qurumlarla razılaşdırılmadan, heç bir hüquq müəyyənedici sənəd olmadan, bir günün içərisində tarixi abidə Yasamal RİH-nin “söküntü komissiyası” və “Azəravtoyol” ASC tərəfindən ağır texnika ilə məhv edilir”. 

Birlikdən verilən məlumata görə, artıq iş o yerə çatıb ki, Yasamal rayon M.Sübhi küçəsi 63 ünvanında yerləşən, 1908-ci ildə inşa olunmuş, 3607 inventar nömrə ilə dövlət mühafizəsində olan “Məscid”in sökülməsi prosesinə Yasamal RİH-nin söküntü komissiyası tərəfindən heç bir hüquq müəyyənedici sənəd olmadan hazırlıq işləri aparılır.

Birlik sökülmək ərəfəsində olan tarixi abidələrin fotolarını da sayta göndərib.

Həmin fotoları da təqdim edirik:

tarixi-abide-yasamal-2

Yasamal rayon M.Sübhi küçəsi 63 ünvanında yerləşən, 1908-ci ildə inşa olunmuş, 3607 inventar nömrə ilə dövlət mühafizəsində olan abidə

tarixi-abide-yasamal-1

Artıq məhv edilən M.A.Əliyev küçəsi 124, 1900-cü il, inv. 3619.Yaşayış evi;

tarixi-abide-yasamal

Yasamal rayon M.Sübhi küçəsi 63 ünvanında yerləşən, 1908-ci ildə inşa olunmuş, 3607 inventar nömrə ilə dövlət mühafizəsində olan məscid;