Vergilər Nazirliyinin Vergi Cinayətinin İbtidai Araşdırılması Departamenti “Azərplast” MMC-ni məhkəməyə verib.
“Report”un məlumatına görə, VN-in departamenti borclu MMC rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşıdırılmasına dair tələb irəli sürüb.
Sabunçu Rayon Məhkəməsi iş üzrə icraatı dayandırıb.
Qərardan narazı qalan VN-in departamenti apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.