“Rusiyadan neft almayın!” — Krım Tatar Məclisindən Avropaya çağırış

0
3
Rusiyada və Krımda fəaliyyəti qadağan edilmiş Krım Tatar məclisi Avropa İttifaqına müraciət edib.
Məclisin adından müraciəti imzalamış sədr Rüfət Çubarov Avropa İttifaqını Rusiyaya qarşı tətbiq olunan sanksiyaları sərtləşdirməyə çağırıb.
“Tatar xalqına qarşı repressiyaların güclənməsinin fonunda xalqımızın əsas məqsədi dünya ictimaiyyətini Rusiyaya qarşı təzyiqləri artırmağa çağırmaq və buna nail olmaq olmalıdır”, deyə Çubarov müraciəti şərh edərkən bildirib.
O, qeyd edib ki, Rusiyanı ayaq üstə saxlayan neftdir və Qərb ölkələri Rusiya neftindən imtina etməlidirlər.