Xəbər verdiyimiz kimi, Londonda yeni mer seçkilərində Pakistan əsilli müsəlman Sadiq Xan seçicilərin yarıdan çoxunun səsini qazanaraq qələbə çalıb.
Sadiq Xan Londonda sədaqət andı içib.
Britaniya tarixində ilk dəfə olaraq mer müsəlman olduğu üçün andiçmə mərasimində əlini “İncil”ə deyil, “Quran”a basıb.
Xan nitqində bildirib ki, Londonun daha da çiçəklənməsi üçün əlindən gələni əsirgəməyəcək, o cümlədən ekstremizmlə qəti mübarizə aparacaq.