Ötən əsrin ortalarında bəşəriyyətin taleyi ilə bağlı səsləndirdiyi bir çox proqnozları doğru çıxan məşhur görücü Vanqa 2016-cı ildən sonra dünyanın siyasi mənzərəsinin dəyişəcəyini də ehtimal edib.
Hitlerdən tutmuş bir çox diktatorların da mütəmadi olaraq əlaqə saxladığı kor Vanqa ötən əsrin ortalarında 2016-cı ildən sonrakı mərhələ haqqında da proqnozlar irəli sürüb. O, 2018-ci ildə dünyanın yeni super gücünün nə ABŞ, nə də Rusiya deyil, Çin olacağını bildirib. Onun ehtimalına əsasən bir müddətdən sonra əsas gücə çevriləcək Çin dünyanın yeni siyasi və iqtisadi mənzərəsini müəyyən edəcək. Avropanın nüfuzu isə 2020-ci ildən o tərəfə tamamilə aşağı düşəcək. Vanqanın proqnozuna əsasən Avropanın çöküşü 2023-cü ildə tamamlanacaq.
Elmin Nuri