Zənzirvari qəza nəticəsində 52 nəfər ölüb, 73 nəfər yaralanıb.
Əfqanıstanın Gazni vilayətinin Mukur qəsəbəsi yaxınlığında zəncirvari qəza baş verib. Gazni nəqliyyat müdiri Mühəmmadallah Əhmdəin dediyinə görə, qəzaya səbəb iki avtobusun yanacaq daşıyan maşına toqquşması olub.Toqquşmadan sonra yanğın baş verib. Yoldan keçən digər avtomobillər də idarəetməni itirərək toqquşublar. Qəza nəticəsində isə 52 nəfər ölüb, 73 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Bir çox ölənin isə kimliyi araşdırılır. Yaralıların da bir çoxunun vəziyyəti ağırdır. Ona görə də ölənlərinin sayının artacağı istisna edilmir.